AŞPA-nın Sessiyasında Reykyavik Sammitinə təkliflər müzakirə olunacaq

A- A A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci günü Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) hakimlərin seçkisi ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, türk deputat Ahmed Yıldızın sədrliyi ilə başlayan AŞPA-nın qış sessiyasının ikinci günü avstriyalı parlamentari Petra Bayerin hazırladığı “Cinsi zorakılıqla bağlı münaqişələr” adlı məruzənin müzakirəsi ilə davam edib.

Məruzənin müzakirələrindən sonra Almaniyanın xarici işlər naziri Annalena Baerbokun çıxışı gözlənilir.

Günortadan sonra Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin hesabatı dinləniləcək. Avropalı parlamentarilər AŞPA-nın irlandiyalı üzvü Fiona O’luqlinin hazırladığı “Avropa Şurasının Reykyavik sammiti: Fövqəladə çətinliklər qarşısında dəyərlər ətrafında birgə” adlı məruzəni dinləyəcək və müzakirə edəcəklər. Avropa Şurasının 4-cü Reykyavik sammitinə təkliflər ətrafında fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: