Özbəkistan Prezidenti Azərbaycanın İƏT-ə sədrliyi dövründə planları barədə məlumatlandırılıb

195

Yanvarın 24-də Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüş zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.

Nazir Ceyhun Bayramov görüş zamanı İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.

Görüş zamanı həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.

Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov ilə görüşüb. Tərəflər arasında ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: