Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb - VİDEO

A- A A+

Ukraynanın “Ukraina seyças” televiziya kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi ilə bağlı material hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ukraynalı jurnalistin reportajında ​​bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşür.

“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, - ukraynalı jurnalist vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər: “Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.

Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: