Nazirlər Kabinetinin rəsmi internet saytı rus dilində də fəaliyyətə başlayıb

A- A A+

Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və onun ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı hazırlanıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu günlərdə saytda daha bir yenilik olub. Belə ki, saytın rus dilində versiyası da fəaliyyətə başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları arasında xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunub. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.

Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.

Həmçinin bütün bunlar barədə indi “Twitter” sosial şəbəkəsindən də operativ məlumat əldə etmək mümkündür. Hazırda Nazirlər Kabinetinin “Twitter” səhifəsindən (@AzerbaijanNK3‏)  dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: