BMT Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

A- A A+

"Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdə yazıb.

"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirəm", - o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: