Belarusun ölkəmizdəki səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Belarusun ölkəmizdəki səfirliyi bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Belarusun Azərbaycandakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə və İranda həlak olan əməkdaşın yaxınlarına başsağlığı verir, həmçinin yaralanan şəxslərin tezliklə sağalmasını diləyir”.