Niderland Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən qanlı terror hücumunu pisləyib

A- A A+

Niderland Azərbaycanın İrandakı səfirliyinə qarşı bu gün törədilən qanlı terror hücumunu pisləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.

Paylaşımda diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı hücumun yolverilməz olduğu bildirilib. Həmçinin həlak olan mühafizəçinin ailəsinə dərin hüznlə başsağlığı verilib, yaralananların tezliklə sağalması arzu edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: