Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peçinoviç Buriç Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, tviter səhifəsində paylaşım edib.
Paylaşımda diplomatik missiyalara qarşı silahlı hücumların qəbuledilməz olduğu vurğulanıb.
Mariya Peçinoviç Buriç Azərbaycanla həmrəy olduğunu bildirərək, səfirliyin həlak olmuş əməkdaşının ailəsinə başsağlığı verib.