“Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq” – Braziliya XİN

A- A A+

Braziliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ölkəmizlə həmrəy olduğunu bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Braziliya XİN-in yaydığı açıqlamada deyilir: “Braziliya hökuməti bu gün (ötən gün – red.) Azərbaycanın Tehrandakı səfirliyinin binasında baş vermiş və əməkdaşın ölümü ilə nəticələnən silahlı hücum xəbərini narahatlıqla qarşılayıb.

Braziliya beynəlxalq hüquqa əsasən diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır.

Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəyliyini ifadə edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: