BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Tehranda Azərbaycan səfirliyinə hücumu pisləyib

A- A A+

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi tərəfindən də pislənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, terror aktı ilə əlaqədar Ç.Koroşinin adından yayılan bəyanatda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumun qınandığı bildirilib. Həmçinin səfirliyin həlak olmuş əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı ifadə olunub, yaralanan iki nəfərə isə tezliklə şəfa tapmaları arzulanıb.

Bəyanatda bu hücumun tezliklə araşdırılmasının vacibliyi də qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: