Türkiyə parlamentinin sədri Azərbaycan səfirliyinə qarşı törədilən terror aktını kəskin şəkildə pisləyib
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən qanlı terror aktını kəskin şəkildə pisləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, TBMM-in sədri tviter səhifəsindəki paylaşımında törədilən alçaq hücumu qətiyyətlə qınadığını bildirib. Qeyd edib ki, o, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefonda danışaraq səfirlik əməkdaşının şəhid olmasına görə üzüntü keçirdiyini söyləyib, Azərbaycan xalqına başsağlığı verdiyini ifadə edib.