Macarıstan XİN Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş terror aktının beynəlxalq səviyyədə pislənilməsinə qoşulub
Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Jolt Bunford Azərbaycanın bu ölkədəki səfirliyinə məktubla müraciət edib. Müraciətdə İranda Azərbaycanın diplomatik missiyasına qarşı törədilən terror aktı qətiyyətlə pislənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, macar diplomat həlak olan əməkdaşın yaxınlarına başsağlığı verib.