İsveç hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyən bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyinin tviter səhifəsində yerləşdirilən bəyanatda deyilir: “İsveç Azərbaycanın Tehrandakı səfirliyinə bu gün (ötən gün – red.) baş verən silahlı hücumu pisləyir. Qurbanın ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Diplomatik nümayəndəliklərə və işçilərinə hücumlar qəbuledilməzdir”.