Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyini hədəfə alan hücumu qəti şəkildə qınadığını bildirib və Oman Sultanlığının diplomatik missiyalara edilən hücumu, təhlükəsizlik və sabitliyi pozan hər hansı hərəkəti rədd edən qəti mövqeyini təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Oman XİN, həmçinin hadisə qurbanının ailəsinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.