Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare İranda Azərbaycan səfirliyinə qarşı edilən hücumu pisləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, diplomat səfirliyə silahlı basqını qınayaraq bildirib: “Hücum nəticəsində mühafizə rəisinin həyatını itirməsi və daha iki zabitin yaralanması bizi şoka salıb. Diplomatik nümayəndəliyə hücum qəbuledilməzdir və buna haqq qazandırmaq olmaz. Dərin kədərimizi bildirir, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik”.