Azərbaycan səfirliyinə hücumun əvvəldən planlaşdırıldığı üzə çıxıb, SEPAH polkovniki bunu edəcəklərini iki ay əvvəl açıqlayıb - VİDEO

A- A A+

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təsadüfi baş vermədiyi ortaya çıxmaqdadır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bəzi faktlar bu hücumun əvvəldən planlaşdırıldığını bir daha təsdiqləyir.

Hələ bir neçə ay əvvəl SEPAH-ın Qüds bölməsinin rəhbərlərindən biri, polkovnik Həbib Babayi naxçıvanlı sürücülərə, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı hücum və terror aktları planlaşdırdıqları barədə danışıb.

Həbib Babayi Ermənistandan yayımlanan, fəaliyyəti Azərbaycanda milli etnik zəmində qarşıdurma və təxribatlar üzərində qurulmuş internet tv-də separatçı Zabil Məhərrəmova müsahibəsində bu hücumların anonsunu verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: