Əbdülfəttah Əs-Sisi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb"

A- A A+

Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib: “Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”.

Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: