Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib - FOTOLAR

A- A A+

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu diplomat tviterdə yazıb.

"Hərbi attaşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik", - səfir vurğulayıb.

O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: