Finlandiya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə əlaqədar paylaşım edib

A- A A+

Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayan paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfirliyin tviter hesabındakı paylaşımda bu dəhşətli hadisənin dərin kədər hissi ilə qarşılandığı qeyd olunub. İnsan həyatına qarşı hər cür zorakılığın pisləndiyi paylaşımda terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailə üzvlərinə başsağlığı verilib, yaralıların tezliklə sağalmaları arzu edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: