Orxan Əsgərovun cənazəsi Tehran hava limanından Bakıya yola salınıb

A- A A+

Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovun cənazəsi Tehranın hava limanından Bakıya yola salınıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri ilə birlikdə, habelə səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: