BQXK saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş çəkib

A- A A+

Yanvar ayında BQXK əməkdaşları saxlanılan Ermənistan vətəndaşlarına yenidən baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

"BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə BQXK rəsmisi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: