Türkiyə XİN başçısı: “Biz NATO-nun genişlənməsini istəyirik”

A- A A+

“Biz NATO-nun genişlənməsini istəyirik”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun həmrəyliyinə ən çox töhfə verən ölkələrdəndir: “Alyansın qurulmasının məqsədi üzv ölkələrin təhlükəsizliyini təmin etməkdir. Bu gün NATO-nun iki əsas təhdid obyekti var: Rusiya və terror. Təəssüf ki, terror təşkilatları İsveç və Finlandiyada fəaliyyət göstərməyə davam edirlər. Bizim qayğılarımız təmin olunarsa, həmin dövlətlərin NATO-ya üzvlüyü ilə bağlı problem olmayacaq".

M.Çavuşoğlu xatırladıb ki, İsveç və Finlandiya Madrid razılaşmasının öhdəliklərini yerinə yetirmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: