Sergey Lavrov KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifinin qüvvədə olduğunu bildirib

A- A A+

Qarabağ Sovet İttifaqı dövründə də Azərbaycan SSRİ-nin tərkibində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib.

O əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı Bəyannaməsində göstərilmiş şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar.

Nazir bildirib ki, Almatı Bəyannaməsinə əsasən yeni müstəqil ölkələr arasında sərhəd SSRİ-nin inzibati sərhədlərinə uyğun müəyyənləşir.

S.Lavrov qeyd edib ki, KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifi qüvvədədir və əgər Ermənistan maraq göstərərsə, bu missiyanı bir neçə günə orada yerləşdirmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: