Türkiyənin müdafiə naziri: "ABŞ "F-16" məsələsində soyuqqanlı davranmalıdır"

A- A A+

“Türkiyə region və qlobal sülh üçün nə lazımdırsa edir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "F-16" qırıcılarının tədarükü ilə bağlı proseslər uğurla inkişaf edir: “ABŞ soyuqqanlı davranmalıdır. Bizə "F-16"ların verilməsi ilə həm də NATO güclü olacaq. Çünki güclü Türkiyə güclü Alyans deməkdir".

Nazir xatırladıb ki, İsveç və Finlandiya NATO-ya üzvlük üçün Madrid razılaşmasının tələblərini yerinə yetirməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: