Xəbər verdiyimiz kimi, ekoaksiyanın iştirakçıları fevralın 4-də səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaratmışdılar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Laçın istiqamətindən gələn BQXK-ya məxsus yeddi minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən geriyə - Xankəndiyə doğru hərəkəti təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.