Azərbaycan XİN: İran polisinin müdaxilə etməməsi terror aktının əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir

A- A A+

İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisi qeyd edib ki, son günlər sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyası ilə əlaqədar bir sıra qeyri-dəqiq şərhlərə yol verilir: “Buna əsas səbəb videogörüntülərin xronometraja səhv istinadların olmasıdır. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt müşahidə olunur. Bu fərq də bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi də 24 dəqiqəyə bərabərdir”.

Ayxan Hacızadə səfirliyə hücum üçün terrorçunun məhz cümə gününü seçməsinə diqqət yetirib: “İranda həmin gün istirahət günüdür. Terror aktına mane olan hər hansı halları minimuma endirmək məqsədilə özü ilə hadisə yerinə avtomat silahı, güllələrlə dolu daraq, tapança, eyni zamanda “Molotov kokteyli” və digər yandırıcı maddələr gətirməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: