Türkiyəyə zəlzələ bölgəsinə gedən FHN-in çevik qüvvələrindən ibarət qrup Adanaya çatıb - VİDEO

A- A A+

Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrindən ibarət heyət Adanaya çatıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, FHN-in çevik xilasetmə qüvvələrini daşıyan təyyarə Şakirpaşa Hava Limanına eniş edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

Qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: