Azərbaycan Ordusunda raket kompleksləri üzrə toplanış keçirilib - VİDEO

A- A A+

Azərbaycan Ordusunda bu ilin döyüş hazırlığı planına uyğun olaraq tank əleyhinə idarə olunan raket kompleksi manqasının komandirləri və operatorlarının hazırlığı üzrə toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, heyətlər tərəfindən kompleksin “Döyüşə” və “Səfərə” gətirilmə qaydaları, hədəfgöstərmə, tuşlama və atışların aparılması üzrə fəaliyyətlər icra olunub.

Şəxsi heyətin bilik və bacarığının qiymətləndirilməsi, eləcə də vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki atış tapşırıqları uğurla yerinə yetirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: