Türkiyə Prezidenti Azərbaycan FHN-in xilasedicilərinin çalışdığı əraziyə gedib, vəziyyətlə tanış olub
Kahramanmaraşda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan FHN-in xilasedicilərinin çalışdığı əraziyə gedib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə dövlət başçısı zəlzələ bölgəsindəki mövcud vəziyyətlə yerində tanış olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Etibar İsmayılov Türkiyə dövlət başçısına məruzə edib.