Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 530 nəfərə çatıb

A- A A+

Kahramanmaraş zəlzələsinin təsiri nəticəsində Suriyada ölənlərin sayı 2 min 530 nəfərə, yaralananların sayı 4 min 645 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, hazırda Suriyanın zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Lazkiyə və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.

Rejimin nəzarətində olan bölgələrdə 1250 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Suriyanın şimalında, müxalifətin nəzarətində olan bölgələrdə isə 1280 nəfər həyatını itirib, yaralananların sayı 2 min 600 nəfəri ötüb.

KİV-də yayılan bəzi məlumatlara görə, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün texnika çatışmır. Suriyanın səhiyyə naziri dünya ölkələrini zəlzələ ilə bağlı yardım göstərməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: