Azərbaycan nümayəndə heyəti Konqresin Monitorinq Komitəsinin işində iştirak edir - FOTOLAR

A- A A+

Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin üzvləri Anar İbrahimov, Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov komitənin 9 fevral tarixli iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk olaraq Monitorinq komitəsinin sədri Gudrun Mosler-Toernstroem və Konqresin yeni baş katibi Mathieu Mori çıxış edərək Türkiyəyə başsağlığı veriblər və Konqresin 2023-cü ildəki iş planlarından danışıblar.

Sonra Rumıniyada Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin monitorinqinin müzakirəsi və səs verməsi olub. Səs vermədən sonra Slovakiya Respublikası barəsində icrada olan Monitorinq hesabatı üzrə danışıqlar gedib.

Avropada yerli və regional demokratiya başlığı altında son mövzular Fransada keçirilməsi gözlənilən Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin monitorinqini və Moldovada keçirilən post-monitorinq fəaliyyətlərini əhatə edib.

İclasda həmçinin Süni intellektin tətbiqinin yerli və regional ölçüləri haqqında müzakirələr baş tutub, Konqresin seçki və monitorinq üzrə iş planları təsdiq edilibdir. Daha sonra yerli və regional seçkilərin müşahidəsi başlığı altında digər məsələlərin müzakirəsi olub. İclasda həmçinin Bosniya və Herseqovinada 2 oktyabr 2022-ci il tarixində keçirilən kantonal seçkilərin monitorinqinin nəticələri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: