Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınacaq
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.
FHN-in mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür.