Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, budəfəki yardım çərçivəsində təyyarələr vasitəsilə 1 ədəd mobil səhra hospitalı, əhalinin yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərilib.