Naxçıvan şəhərində zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və dindarların iştirakı ilə bu gün Naxçıvan şəhərindəki Kazım Qarabəkir Paşa məscidində cümə namazı qılınıb, qardaş Türkiyədə zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunulub, yaralılara şəfalar dilənilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə daha sonra mərasim evində ehsan verilib. 

Qardaş ölkədə baş verən dəhşətli faicədən zərər çəkənlərə kömək məqsədilə Naxçıvandan geniş yardım kampaniyası başladılıb. Son iki gün ərzində muxtar respublikadan zəlzələ bölgəsinə 35 TIR humanitar yardım göndərilib. 

Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. 77 711 nəfər isə yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: