Prezidentin tapşırığına uyğun olaraq, FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti yardımı qardaş ölkəyə yola salınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazirliyin nümayəndəsi Yasin Musayev yardımın 9 yük avtomobilindən ibarət olduğunu qeyd edib. Bildirib ki, budəfəki yardıma 1015 çadır, 240 qızdırıcı və digər vasitələr daxildir.