Prezidentin tapşırığına uyğun olaraq, DSX Türkiyəyə növbəti yardım göndərib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Dövlət Sərhəd Xidmətinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

NUHÇIXAN İnformasiya Agentliyinə bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-yə məxsus 2 TIR vasitəsilə zəlzələdən zərərçəkmişlər üçün yola salınan növbəti humanitar yardıma xüsusi hərbi qış çadırı, yarımyun ədyal, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, yarımyun köynək, qış termal alt paltarı, odun sobası (bütün ləvazimatları ilə), içməli “Sərhədçi” suyu (5 litrlik qablaşdırmalarda) daxildir.

Eyni zamanda zəlzələ zonasında fəaliyyət göstərən könüllülər üçün təyyarə ilə 25 nəfərlik xüsusi hərbi qış çadırı, yataq kisəsi (qış şəraiti üçün), yarımyun corab, yarımyun əlcək, qış termal alt paltarı, uzunboğaz çəkmə (botinka), bel kəməri, su qabı (qumquma), odun sobası (bütün ləvazimatları ilə), dərman (1 nəfər üçün ilkin tibbi yardım), quru ərzaq payı, konserviləşdirilmiş 1-ci yemək (0.350 kq), konservləşdirilmiş 2-ci yemək (0.350 kq), konservləşdirilmiş mal əti (0.525 kq) yardım göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: