Türkiyə XİN başçısı: "Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir"

A- A A+

"Azərbaycandan davamlı olaraq yardım təyyarələri gəlir".

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

"İnsan və tibbi yardımdan əlavə çadırlar da göndərirlər. Çadırlarla bağlı digər ölkələrlə də danışıqlarımız var. Nəticədə biz çiyin-çiyinə olduq. Azərbaycanın Zəfərində azərbaycanlılar qədər türk milləti də qürur hissi keçirdi. Bugünkü acımızı bizim qədər azərbaycanlı qardaşlarımızın da hiss etdiyini bilirik", - nazir əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: