Ceyhun Bayramov: “Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var"

A- A A+

“Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib:

“Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərara alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: