Qardaş Türkiyəyə qış səhra çadırları göndərilib - FOTOLAR

A- A A+

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin yardım tədbirləri davam etdirilir.

Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin təminat bazasından qış səhra çadırlarının bir qismi avtomobil, digərləri isə hava nəqliyyatı vasitəsilə qardaş ölkəyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: