FHN-in ikinci mobil səhra hospitalı İncirlik Hava Limanına eniş edib - VİDEO
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in təyyarə ilə yola saldığı ikinci mobil səhra hospitalı Türkiyəyə çatıb.
FHN-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.
Hospitalı aparan təyyarə artıq İncirlik hava limanına eniş edib.