“Naxtel” şirkətindən Türkiyəyə yardım - VİDEO

A- A A+

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə “Naxtel” MMC şirkəti qardaş ölkəyə humanitar yardım göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yardım çərçivəsində şirkət tərəfindən ümumilikdə 80 ədəd bağlama zəlzələ baş verən şəhərlərə yola salınıb.

Bağlamalara şirniyyat və çay məhsulları, konservləşdirilmiş zəruri qidalar daxil edilib.

Bununla yanaşı şirkətin əməkdaşları da könüllü olaraq yardım aksiyalarına qoşularaq zərərçəkən türk bacı və qardaşlarımıza isti geyimlər, yataq dəstləri, uşaq qidaları və bezləri və digər lazımi əşyalar göndəriblər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: