FHN-in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib - VİDEO

A- A A+

FHN-in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı keçirilib.

Toplantıda hazırkı əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: