ATƏT sədri yazda Azərbaycana səfər edəcək

A- A A+

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani yazda Cənubi Qafqaz regionuna səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Şimali Makedoniyanın ATƏT-dəki Nümayəndəliyindən bildirilib.

“Hələlik biz ATƏT sədrinin yazda bölgəyə səfərini gözləyirik”, - sorğuya cavab olaraq qeyd olunub.

Qeyd edək ki, Buyar Osmaninin ötən ay Azərbaycan və Ermənistandan olan həmkarları ilə telefon danışığı zamanı regiona səfərinə dair razılıq əldə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: