Naxçıvandan Türkiyəyə 52 TIR humanitar yardım göndərilib

A- A A+

Naxçıvandan Türkiyəyə fevralın 8-dən 13-dək 52 TIR humanitar yardım göndərilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, zəlzələdən zərərçəkən insanlara bütün ölkə vətəndaşları kimi muxtar respublika sakinləri də yardım etməyə başlayıblar.

Naxçıvan Muxtar Respublikasındakı qurumlar, təşkilatlar, sahibkarlıq subyektləri və muxtar respublika sakinləri tərəfindən zəlzələdən zərər çəkmiş insanlara humanitar yardım məqsədilə ötən müddət ərzində müxtəlif nəqliyyat vasitələri ilə kişi, qadın, uşaq paltarları, uşaq bezləri, adyallar, müxtəlif növ ərzaq məhsulları, müxtəlif ölçülü xalçalar, döşək dəstləri, müxtəlif növ təmizlik məhsulları, qızdırıcı sobalar, elektrik plitələri, əl fənərləri, müxtəlif ölçülü çadırlar, konteynerlər, çarpayılar, plastik oturacaqlar, plastik qablar, dərman preparatları, generatorlar, müxtəlif növ mineral sular və digər zəruri avadanlıqların Türkiyədə zəlzələ bölgəsinə göndərilməsi təmin edilibdir.

Həmçinin Naxçıvan şəhərində Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə ehsan verilib, zəlzələdən dünyasını dəyişənlərin ruhlarına dualar oxunulub, yaralılara şəfalar dilənilib. Bildirək ki, muxtar respublikadan Türkiyədə zəlzələ bölgəsinə göndərilən humanitar yardımın ümumi dəyəri 14 milyon 774 min 631 manat təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: