Azərbaycan psixoloqları Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət göstərir - VİDEO

A- A A+

Azərbaycan psixoloqları Türkiyədə zəlzələdən zərərçəkənlərə xidmət göstərir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə FHN-dən bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin tibbi heyəti arasında peşəkar psixoloqlar da var. Zəlzələdən fiziki və mənəvi sarsıntı keçirən insanların yanında olmaq və onlara mənəvi dəstək vermək məqsədilə göndərilmiş FHN-in psixoloqları tərəfindən Kahramanmaraşda zərər çəkmiş insanlara psixoloji yardım işi təşkil olunub. Psixoloji yardım işi fasiləsiz olaraq davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: