Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4576 müraciətdən 4180-nə baxılıb, 124-ü aidiyyəti üzrə göndərilib, 272 müraciət isə baxılmaqdadır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 15-də keçirilən iclasının gündəliyinə daxil edilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilmiş qanunvericiliyin tələblərinə zidd 100 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilib. Həmin təkliflər əsasında 97 akt ləğv edilib, məhkəmədə 2 akt üzrə iddia qaldırılıb, biri isə baxılmaqdadır.
Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3799 aktdan 2044-ü ləğv edilib, 1399-u dəyişdirilib, təmin olunmayan 40 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 316 təklif isə baxılmaqdadır.