Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il ötür - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan hərbçiləri və terrorçu quldur dəstələri tərəfindən işğalından 31 il ötür. Terror nəticəsində Qaradağlıda 57 nəfər qətlə yetirilib, 39 nəfər itkin düşüb.

1992-ci il fevralın 17-də milliyyətcə erməni beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Xocavənd rayonuunun Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib. İşğal zamanı kənddə olan 116 nəfərdən 57-si qətlə yetirilib. Erməni vandalları hər zaman olduğu kimi yenə də uşaqlara, qadın və qocalara amansız divan tutublar. Kənd sakinlərinin qətlində Ermənistan hərbçiləri ilə yanaşı, mülki ermənilər, o cümlədən Qaradağlı kəndinə yaxın kəndlərin erməni sakinləri də yaxından iştirak ediblər. Əsir-girov götürülmüş kənd sakinləri amansız işgəncələrə məruz qalıb, onlara qarşı aşkar soyqırımı həyata keçirilib, etnik təmizləmə aparılıb. Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Soyqırımı zamanı qətlə yetirilmiş 57 nəfərdən 27-sinin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə işğal edilmiş Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Qaradağlı kəndinin işğalı zamanı 39 nəfər itkin dümüş şəxs kimi axtarışdadır. Onlardan 33-ü kişi, 5-i uşaq, 1-i isə qadındır. Əsir-girov götürülmüş 50 nəfər - 47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı isə sonradan azad olunub. Azad olunanlardan 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Demək olar ki, Qaradağlı faciəsi, əslində, bir günün, bir gecənin hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: