Fevral ayının sonu və martın ilk həftələri Ağalıya iki mərhələdən ibarət köç olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
İyirmi ailənin köçürüləcəyini qeyd edən V.Hacıyevin sözlərinə görə, növbəti köçlə bağlı hazırlıq işləri görülür.
“Bilirsiniz ki, ötən il Ağalı kəndinə 326 nəfərdən ibarət 66 ailə köçürülüb. Həmin ailələrin üzvləri artıq Ağalı kəndində yaşayırlar və işləyirlər. Hazırda bu proses davam edir", - deyə V.Hacıyev bildirib.