Dərələyəzin bu kəndinin azərbaycanlı əhalisi dağlarla Naxçıvana qaçıb - Qovuşuqdakı alban izi - VİDEO

A- A A+

AzTV "Qərbi Azərbaycan kəndlərini tanıyaq" layihəsi çərçivəsində tarixi Azərbaycan torpağı Dərələyəz mahalının Qovuşuq kəndindən görüntülər paylaşıb.

Qovuşuqda XII-XIII əsrə aid tarixi abidələr, o cümlədən Güney Vəng adlanan alban kilsəsinin qalıqları olub. 1916-cı ilə aid məlumatlarda Qovuşuq kəndinin əhalisinin sayının 386 nəfər olduğu bildirilir. Ermənilərin hücumları zamanı başqa yaşayış yerləri kimi Qovuşuq kəndi də dağıdılıb, sakinlərinin böyük bir qismi qətlə yetirilib. Kənd əhalisindən sağ qalanlar dağlarla Naxçıvana qaçmağa məcbur olublar.

NUHÇIXAN İnformasiya Agentliyi mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: