Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, səfər çərçivəsində nazir İstanbul keçiriləcək Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak edəcək.